AZ

Söz azadlığından istifadə edilərkən digərlərinin şəxsi həyat toxunulmazlığına qanunsuz müdaxilənin yolverilməzdir - Sənan Hacıyev

Bakı. Trend:

Məhkəmə fəaliyyətinə dair informasiyanın açıqlığı öz növbəsindəxüsusi yanaşma tələb edən məsələlər dairəsinə aiddir. Belə ki, buistənilən məlumata deyil, vətəndaşların şəxsi həyatına toxumayan, ocümlədən şəxsi və ailə sirri təşkil etməyən məlumatlara əlçatanlığınəzərdə tutur.

Trend xəbərverir ki, bunu Ali Məhkəmə Kollegiyasının sədri Sənan HacıyevMedianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan“İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumunaçılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, fikir və söz azadlığından istifadə edilərkən,digər şəxslərin şərəf, ləyaqəti, şəxsi həyat toxunulmazlığınaqanunsuz müdaxilənin yolverilməz olduğu diqqətdən kənardaqalmamalıdır:

“Bununla yanaşı, cinayət işləri üzrə məlumatların yayımlanmasızamanı təqsiləndirilən şəxslərin təqsirsizlik prezumpsiyasınınqorunmalı olduğu, habelə hər hansı iş üzrə yanlış ictimai fikrinformalaşdırılmasının hakimə əsassız təzyiqlə nəticələnərək, onundaxili inamına uyğun qanuni qərar qəbul etməsinə mane olacağınəzərə alınmalıdır”

Seçilən
0
3
az.trend.az

5Mənbələr