"Real" yarımmüdafiəçi Luka Modriç və müdafiəçi Lukas Vaskeslə müqaviləni uzatmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubu futbolçularla sözləşməni iki həftəlik - iyulun 13-dək uzatmaq istəyir.
Bu addım komandanın, finalı iyulun 13-nə planlaşdırılan klublararası dünya çempionatındakı çıxışı ilə bağlıdır. FİFA turnir iştirakçılarına müqavilələri iyunun sonunda bitən futbolçularla onu qısamüddətli uzatmağa icazə verib.