Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri Donetsk vilayətinin Pokrovsk şəhərinə hücuma başlayıb.
Herbiand.az bildirir ki, bu barədə “Военный обозреватель” Telegram kanalı yazıb.
“Rusiya ordusunun bölmələri Pokrovska hücuma başlayıb”, - məlumatda deyilir.
Condottiero Telegram kanalında dərc olunan məlumata görə, mayın 1-də Moskva vaxtı ilə saat 20:30-da Rusiya ordusu şəhərin cənub kənarında Ukrayna qoşunlarının müdafiə mövqelərini yararaq Parkovı və Lazurnı mikrorayonlarına daxil olublar.
Hərbi ekspertlərin fikrincə, Pokrovsk (Rusiya Krasnoarmeysk adlandırır – red.) uğrunda döyüş Donbasın cənubunun taleyini həll edəcək. Qeyd olunur ki, bu istiqamətdə Ukrayna ordusu getdikcə daha da ağırlaşan əməliyyat-taktiki böhranla üzləşib.
Bəxtiyar CƏFƏRLİ