
Fransız geopolitikası üzrə ekspert Aleksandr del Vall bildirib ki, Hindistan və Pakistan arasında münaqişənin həlli üçün vasitəçi rolunu oynaya biləcək yeganə ölkə Rusiyadır. Bu fikirlərini o, Boulevard Voltaire nəşrinə verdiyi müsahibəsində səsləndirib.Del Vall qeyd edib ki, Rusiya hər iki ölkə — həm Hindistan, həm də Pakistan ilə yaxşı münasibətlərə malik olduğu üçün onları barışdıra biləcək tək dövlətdir.O eyni zamanda BRIKS birliyinin artan roluna diqqət çəkib və bu təşkilatın qlobal sabitliyin qorunmasında potensial gücə çevrildiyini deyib. Ekspertə görə, BMT və Qərb ölkələri əksinə, yalnız böhranları dərinləşdirirlər.“BRIKS ölkələri BMT-dən qat-qat daha uğurla Hindistan və Pakistan arasında atəşkəs razılaşmasına gətirib çıxaracaq bir həll yolu tapa bilər”, – deyə Aleksandr del Vall vurğulayıb.Qeyd edək ki, bu gün Hindistan Müdafiə Nazirliyi Pakistanın bir daha atəşkəsi pozduğunu və bu hadisənin Hindistanın birləşmiş ərazisi sayılan Cammu və Kəşmirin sərhəd xəttində baş verdiyini açıqlayıb.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Darçının Həddindən Artıq İstifadəsi Dərmanların Təsirini Azalda Bilər!
FHN yanğın təhlükəsizliyi üzrə mediatur təşkil etdi
Yaddaş və Diqqəti Gücləndirən Elmi Sübutlu Metod: Aerobik Fiziki Fəaliyyət