AZ

Qəzzaya humanitar yardım aparan gəmi Malta sahillərində batıb

Qəzza zolağına humanitar yardım aparan “Freedom Flotilla” gəmisi Malta sahillərində pilotsuz təyyarənin hücumundan sonra çətinliklə üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CNN televiziyası donanmanın mətbuat attaşesi Yasemin Acarın açıqlamalarına əsaslanaraq bildirib.

"Hazırda gəmidə dəlik var və o, batır. SOS siqnalı yaxın ölkələrə, o cümlədən Maltaya ötürülüb", - telekanalın həmsöhbəti bildirib.

O, gəminin Malta sahillərindən 17 kilometr aralıda olduğunu qeyd edib. Təyyarədə müxtəlif ölkələrdən olan 30 hüquq müdafiəçisi olsa da, onlarla əlaqə yoxdur.

Acar gecə yarısından sonra gəminin iki dəfə pilotsuz təyyarələr tərəfindən hücuma məruz qaldığını bildirib.

Qətərin “Əl-Cəzirə” telekanalı hücumun İsrailə məxsus pilotsuz uçan aparat tərəfindən həyata keçirildiyini iddia edib.

Seçilən
0
operativmm.az

1Mənbələr