AZ

Latviya bank sektorunda rus dilini qadağan edir

Latviya Parlamentinin (Saeima) Büdcə və Maliyyə Komitəsi bank mobil proqramlarında rus dilindən istifadəni qadağan edən qanunvericiliyə düzəlişləri təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə LSM dövlət televiziya və radio portalı məlumat yayıb.

Bu təşəbbüsə əsasən, bank müştəriləri üçün bütün sənədlər və rəqəmsal interfeyslər latış dilində olmalıdır. Bu siyahıya mobil proqramlar, vebsaytlar və zəng mərkəzi operatorları ilə ünsiyyət daxildir.

Qanun layihəsinin müəlliflərinin qeyd etdiyi kimi, hazırda ölkənin maliyyə sektorunda rus dilindən fəal istifadə olunur ki, bu da Latviyanın mövqeyini zəiflədir.

Ötən ilin sentyabrında Latviya parlamenti "Kredit təşkilatları haqqında" qanuna ölkənin kommersiya banklarının bankomatlarında rus dilindən istifadəni qadağan edən düzəlişlər qəbul edib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr