AZ

Dünya Bankı: Avropada təbii qazın qiymətini 2025-ci ildə 6% artacaq

BAKI, 2 may. TELEQRAF

Avropada təbii qazın qiymətinin 2025-ci ildə 6% artacağı proqnozlaşdırılır. Bu, Şərqi Asiyanın maye qaz (LNG) tələbatının azalması fonunda anbar ehtiyatlarının doldurulması ilə mümkün olacaq. 2026-cı ildə isə Avropada baza qiymətinin beynəlxalq LNG tədarükünün daha da artması ilə 9% azalacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankın hesabatında qeyd olunub.

Məlumata görə, Dünya Bankının təbii qaz üzrə qiymət indeksi 2025-ci ildə kəskin artacaq, 2026-cı ildə isə nisbətən sabit qalacaq.

ABŞ də isə təbii qaz üzrə baza qiymətinin 2025-ci ildə (illik müqayisədə) 51% artacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, qlobal iqtisadi fəallığın zəifləməsi fonunda tələbatın azalması nəticəsində qiymətlər 2025-ci ilin birinci rübündəki orta göstəricinin təxminən dörddə bir nisbətində enəcək. 2026-cı ildə isə ABŞ-də təbii qazın qiymətinin cüzi – 3% artacağı gözlənilir.

Dünya Bankının analitikləri qeyd edib ki, keçən il müşahidə olunan güclü artımdan sonra 2025-ci ildə qlobal təbii qaz istehlakının artım tempi zəifləyərək, təxminən 60 milyard kubmetrə enəcək. Lakin 2026-cı ildə əsasən Asiya-Sakit okean ölkələri və Yaxın Şərqin hesabına 110 milyard kubmetrə yüksələcək.Avropa və Şimali Amerika bazarlarında istehlakın isə durğun qalacağı proqnozlaşdırılır.

2025-ci ildə istehsalda artım tələbatda artımı üstələyəcək. Lakin 2026-cı ildə tələbat səviyyəsindən bir qədər geridə qalacaq. 2025-ci ildə qlobal təklifdə proqnozlaşdırılan artım dörd əsas istehsal regionunun — Asiya-Sakit okean, Avrasiya, Yaxın Şərq və Şimali Amerikanın payına düşəcək.

Növbəti iki il ərzində mayeləşdirilmiş təbii qaz (LNG) ticarətindəki artımın əsasən Şimali Amerika və Qətərdən ixracın yüksəlməsi hesabına təmin olunacağı proqnozlaşdırılır.

Seçilən
0
teleqraf.com

1Mənbələr