Bakı. Trend:
Son illərdə işğaldan azad olunan ərazilərimizdə 100 minhektardan artıq sahədə kənd təsərrüfatı məhsulları yetişdirilib,100 min hektardan artıq sahə əkin dövriyyəsinə qatılmağa hazırdır.Bu bizim uğurdur, ölkə rəhbərinin kənd təsərrüfatına göstərdiyiqayğının nəticəsidir.
Trend xəbərverir ki, bu sözləri Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədriTahir Rzayev bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafıForumunda deyib.
O bildirib ki, ölkədə son illər kənd təsərrüfatınin inkişafındaəsaslı dönüş var:
"Forumun məqsədi də ondan ibarətdir ki, ölkədə aqrar sahə dahada inkişaf etdirilsin.
Xüsusilə bu sahəyə maliyyə dəstəyinin verilməsi, yeni subsidiyaalətlərinin yaradılmasını qeyd edə bilərəm.
Son 30 ildə Milli Məclisdə 300-dən çox qanunvericilik aktı qəbulolunub. Kənd təsərrüfatının hüquqi bazasının möhkəmləndirilməsibizə imkan verir ki, sahibkarlıq subyektləri üçün güzəştlər tətbiqedək. Sahibkarlara dəstək verilməsi, onları həvəsləndirməkbilavasitə işimizin xeyrinədir".