AZ

İngiltərə Premyer Liqasında ən yaxşı baş məşqçi adına 5 namizəd bilindi - ADLAR

İngiltərə Premyer Lİqasında ötən ayın ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Siyahıya 5 nəfər daxil edilib:

Unai Emeri (Aston Villa) – 4 qələbə, 1 məğlubiyyət, top fərqi +8. 
Pep Qvardiola (Mançester Siti) – 4 qələbə, 1 heç-heçə, top fərqi +8. 
Eddi Hou (Nyukasl) – 5 qələbə, 1 məğlubiyyət, top fərqi +12. 
Vitor Pereyra (Vulverhempton) – 5 qələbə, top fərqi +8. 
Arne Slot (Liverpul) – 4 qələbə, 1 məğlubiyyət, top fərqi +6. 

Səsvermə bazar ertəsinə qədər davam edəcək. 

Qeyd edək ki, Slot "Liverpul"la çempionluq titulunu qazanıb, Eddi Hou isə səhhətində yaranan problemlərə görə bəzi matçları buraxıb.

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr