AZ

ABŞ-da ucuz məhsullar erası başa çatır: Çin amerikalıların arzusunu ürəyində qoydu

Çində yerləşən “Temu”, “Shein” və “AliExpress” kimi e-ticarət platformalarından alınan məhsullar üçün qüvvədə olan 800 ABŞ dollarından aşağı sifarişlər üçün gömrük rüsumlarını ləğv edən “de minimis azadlığı”nın (de minimis exemption) müddəti başa çatıb.

Beləliklə, milyonlarla amerikalının illərdir ucuz alış-veriş etdiyi bir sistem sona çatdı.

Yeni tənzimləmə ilə UPS, FedEx və DHL kimi xüsusi yüklər vasitəsilə gələn Çin istehsalı məhsullara 145 faizə qədər əlavə gömrük rüsumları tətbiq ediləcək.

Birləşmiş Ştatların Poçt Xidməti (USPS) vasitəsilə göndərilən əşyalar üçün 120 faiz vergi və ya 100 ABŞ dolları məbləğində sabit rüsum tutulacaq. Bu sabit haqqın iyunun 1-dən 200 dollara qədər artırılması planlaşdırılır.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi rəsmiləri CNN-ə bildiriblər ki, onlar yeni qaydalara hazırdırlar və paket yoxlamasını artıracaqlar. Lakin ekspertlər deyir ki, yeni vergi yükü ilə üzləşən adi amerikalı istehlakçılar üçün vəziyyət daha mürəkkəb ola bilər.

Qeyd edək ki, 2022-ci ildə ABŞ-da e-ticarət göndərişlərinin 80 faizindən çoxunun Çin və Honq Konqdan gələn vergidən azad paketlərdən ibarət olduğu bildirilir. Təkcə ötən il bu çərçivədə ölkəyə 1,36 milyard paket daxil olub.

Az gəlirli amerikalıların geniş şəkildə istifadə etdiyi bu platformalar sayəsində ucuz alış-veriş mümkün olub.

“Shein” və “Temu” kimi platformalar yeni tənzimləməyə hazırlıq məqsədilə artıq bəzi məhsulların qiymətlərini artırıb.

ABŞ-da prezident Donald Trampa ictimai dəstək getdikcə azalır. CNN-in keçirdiyi sorğuda əhalinin 59 faizi Trampın iqtisadi siyasətinin ölkə iqtisadiyyatını daha da pisləşdirdiyini bildirib. İştirakçıların 60 faizi yaşayış dəyərinin artdığını bildirib.

Seçilən
0
veteninfo.az

1Mənbələr