Həmin günlərdə özümüzü necə qoruyaq?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bəzən Günəşdə güclü partlayışlar baş verir:
"Nəticədə maqnit qasırğaları 8 dəqiqə ərzində Yer kürəsinə gəlib çatır. Düzdür, atmosferimiz onun qarşısını xeyli alır, amma proses canlılara da təsirsiz ötüşmür. İnsanların adaptasiya imkanları dalğalara qarşı kifayət qədər yüksəkdir. Lakin bəzən meteohəssas şəxslər özlərini pis hiss edirlər, nəticədə arterial təzyiqin dəyişikliyi, şəkərin yüksəlməsi, bronxial astmalı xəstələrdə boğulma hallarının artması və sair olur".
Adil Qeybulla
Professor bildirib ki, meteohəssas insanların maqnit qasırğası zamanı ehtiyatlı olmasında fayda var:
"Yaxşı olar ki, səhhətində problem olanlar ev şəraitində qalsınlar, öz həkimləri ilə məsləhətləşsinlər, vaxtında dərmanlarını qəbul etsinlər. Başqa ciddi problem yoxdur".