Dünən ardıcıl 5-ci məğlubiyyət qeydə alındı. Elmar Sultanovun komandası “Cəbrayıl”a 1:2 hesabı ilə uduzdu. Bir müddət əvvəl hətta elitaya iddialılar sırasında göstərilən buzovnalıların arzuolunmaz seriyası ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədovla əlaqə saxladıq:
“Təəssüf ki, ardıcıl məğlubiyyətlərdən sonra ikinci liqaya düşmək təhlükəsi ilə üz-üzəyik. Komandamız məğlub olduğu oyunlarda xeyli qol vəziyyəti yaratsa da, bunları qola çevirə bilmir. Üstəlik bu oyunlarda müdafiəçilərimizin ağlasığmaz səhvləri sonra məğlubiyyətə gətirib çıxarır”.