Bakı, 2 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp mayın 8-ni İkinci Dünya müharibəsində Qələbə Günü elan edib.
AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, Tramp bununla bağlı “Truth Sosial” platformasında yazıb: “Mən 8 may tarixinin İkinci Dünya müharibəsində Qələbə Günü, noyabrın 11-nin isə I Dünya müharibəsində Qələbə Günü kimi qeyd olunacağını elan edirəm”.
Xatırladaq ki, Vaşinqtonda 1945-ci il aprelin 25-də Almaniyanın Elba çayında sovet və ABŞ qoşunlarının görüşünün xatirəsinə əklillər qoyulmuşdu.
Əlamətdar tarixlərin bu ildən başlayaraq qeyd ediləcəyi bildirilir və ABŞ administrasiyasına bununla bağlı göstəriş verilib.