"Azadlıq Flotiliyası" gəmisi İsrail pilotsuz uçuş aparatı (PUA) tərəfindən Qəzza sahili yaxınlığında hücuma məruz qalıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, PUA zərbəsi nəticəsində gəmidə yanğın baş verib. Ekipaj qəza siqnalı göndərib və Kipr Hərbi Dəniz Qüvvələri buna reaksiya verib.
Bildirilib ki, hazırda gəmi Malta sahillərində beynəlxalq sularda lövbər salıb.