AZ

HIMARS YARS-ların ilk partiyası Estoniyaya təhvil verilib

ABŞ-ın “Lockheed Martin” şirkəti HIMARS yaylım atəşli reaktiv sistemlərin (YARS) ilk partiyasını Estoniya Quru Qoşunlarına təhvil verib.

“Poliqon” “Lockheed Martin”əə istinadən xəbər verir ki, bu, Estoniyanın müdafiəsinin modernləşdirilməsində mühüm mərhələdir.

Bildirilib ki, Estoniya HIMARS YARS-larla Baltik Tərəfdaşları, NATO və regional müttəfiqlərə dəstək verəcək.

M142 HIMARS (High Mobility Artillery Rocket System – yüksək mobillikli artilleriya raket sistemi) şassi kimi 6×6 təkər formullu M1140 FMTV (Family of Medium Tactical Vehicles) taktiki yük avtomobilindən istifadə edir. Buraxma qurğusu 1996-2000-ci illərdə “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilib, 2003-cü ildən etibarən “Lockheed Martin” və “BAE Sysyems” şirkətləri tərəfindən istehsal olunur.

Bu qurğu 6 ədəd M270 MLRS tipli reaktiv mərmilərin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 kilometr təşkil edir.

 

Seçilən
0
poliqon.az

1Mənbələr