AZ

Tramp büdcəni 163 milyard dollar azaltmağı təklif edəcək

ABŞ prezidenti Donald Tramp növbəti maliyyə ili üçün büdcəsində xərclərin 163 milyard dollar azaldılmasını təklif edəcək...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən yazır.

Təklifin cümə günü, mayın 2-də dərc ediləcəyi gözlənilir. Ümumilikdə, "ixtiyari" məqsədlər üçün 557 milyard dollar təklif ediləcək ki, bu da sentyabrın 30-da başa çatacaq 2025-ci maliyyə ili üçün planlaşdırılan xərclərdən 22,6% azdır.

Maliyyələşdirmənin kəsilməsinin Enerji, Təhsil, Mənzil, Səhiyyə, İnsan Xidmətləri Departamentlərində və Ətraf Mühitin Mühafizəsi Agentliyində proqramlara təsir edəcəyi bildirilir. ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə təsdiqlənmiş bir çox federal qrantlar da ləğv ediləcək.

Eyni zamanda, Donald Trampın büdcə qanun layihəsində Amerika sərhədinin qorunması üçün xərclərin artırılması nəzərdə tutulur.

Poliqon.info

Seçilən
0
4
poliqon.info

5Mənbələr