AZ

Fernandes Avropa Liqasında bunu bacaran ilk oyunçu oldu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Avropa Liqasının pley-off mərhələsində ən azı 30 qolun vurulmasında iştirak edən ilk futbolçu olub.

Publika.az xəbər verir ki, o, buna “Atletik Bilbao” ilə turnirin yarımfinalının ilk oyununda iki qol vurmaqla nail olub. Ümumilikdə 30 yaşlı yarımmüdafiəçi Avroliqanın pley-off mərhələsinin 32 oyununda iştirak edib, 19 qol vurub və 12 məhsuldar ötürmə verib.

Qeyd edək ki, qarşılaşma “qırmızı şeytanlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab oyunu mayın 8-də keçiriləcək.

Seçilən
0
publika.az

1Mənbələr