Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən sahibkarlara verilən biznes kreditlərinin həcmi artmaqda davam edir.
2025-ci il aprelin 1-nə olan məlumata əsasən, banklar tərəfindən bu sektora yönəldilən kreditlərin ümumi məbləği 1 milyard 457 milyon manata çatıb.
Yenisabah.az xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 203 milyon manat və ya 12,5 faiz daha yüksəkdir.
Məlumat Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunub.
Ümumilikdə, ölkədəki bankların biznes kredit portfeli hazırda 14 milyard 935 milyon manat təşkil edir. Bu isə 2024-cü ilin aprelinə nisbətən 1,7 milyard manat və ya 13,1 faiz artım deməkdir.
Rəqəmlər göstərir ki, tikinti sahəsi kredit bazarında önəmli paya sahib olmaqda davam edir və iqtisadi fəallığın bu sahədə canlandığını göstərir.
Telegram kanalımız