AZ

Çalhanoğlu azarkeşlərlə görüşdüyünə görə cəzalandırılıb

2024-cü ildə İnter və Milan klublarının bəzi futbolçu və məşqçilərinin qeyri-qanuni şəkildə azarkeşlərlə münasibət qurması və bəzi illeqal işlər görməsi şübhəsiylə araşdırma başlanmışdı.

Apasport.az xəbər verir ki, İtaliya Futbol Federasiyası bu araşdırma nəticəsində ilk cəzalarını açıqlayıb.

Açıqlamaya görə qadağan olduğu halda İtaliya Çempionatının 2022-2023 mövsümündə "İnter"in azarkeş qrupu olan "Curva Nord"la görüşən futbolçu Hakan Çalhanoğluna 1 oyunluq cəza və 30 min avro, baş məşqçi Simeone İnzaqiyə isə 1 oyunluq diskvalifikasiya və 15 min avroluq cəza verilib.

Bundan əlavə "İnter"in vitse-prezidenti Xaviyer Zanetti də bu işdə məsuliyyətli bilinərək 14 min 500 avro cərimələnib. 

Ümumilikdə klub olaraq "İnter" 70 min avro, "Milan" isə 30 min avro cəriməylə üzləşib.

Xatırladaq ki, 2024-cü ildə verdiyi açıqlamada azarkeş qrupunun liderləriylə görüşdüyünü etiraf edən Hakan Çalhanoğlu, onlarla Türkiyədə baş verən zəlzələdən sonra dəstək pankartları açdığı görüşdüyünü, məqsədinin sadəcə təşəkkür etmək olduğunu bildirmişdi.

Qeyd edək ki, həm Hakan, həm də İnzaqi cəzalarını nöbəti tur "Verona" ilə matçda çəkəcəklər.

Mən sənin yaşında olanda... - Messi və Ronaldo Yamalın kölgəsində

La Liqadan Premyer Liqaya

“Bayer” Əlcəzair millisinin üzvünü transfer edib - RƏSMİ

Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu

Yamal “100”ə çatdı

Seçilən
0
apasport.az

1Mənbələr