AZ

Qubada dəhşətli qəzanın anbaan VİDEOSU

Quba şəhərində baş verən qəzanın görüntüləri yayılıb. Kadrlardan da görünür ki, zərbənin təsirindən sürücü və sərnişin avtomobildən çölə düşüb.

News24.az Shimal.News-a istinadla xəbər verir ki, həmin qəzanın görüntülərində “VAZ-21015” toqquşmadan sonra havada uçaraq su kanalına düşür. Sonra sürət səbəbindən bir neçə dəfə aşır.

Hadisə mayın 1-i saat 16:00 radələrində Barlı kəndi ərazisində qeydə alınıb. Şahidlər bildiriblər ki, qəzaya səbəb yüksək sürət olub. Quba-Xaçmaz istiqamətində hərəkət edən “VAZ-21015” və “Tofaş” markalı avtomobillər idarəetməni itiriblər. Nəticədə “VAZ” su kanalına düşüb. Digər avtomobil isə yol kənarına çırpılıb. Yaralılar xəstəxanaya çatdırılıb.


Seçilən
0
2
news24.az

3Mənbələr