AZ

Ukrayna  ABŞ-ın təklif etdiyi 22  şərtlə razılaşıb-Keyt Kelloq

Londonda keçirilən danışıqlarda Vaşinqton və Kiyev Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün 22 konkret şərt barədə razılığa gəliblər. Vətəninfo.az xəbər verir ki , bu barədə ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalında bildirib.

“Ukraynalılarla səmimi və çətin müzakirələrdə biz 22 müstəsna konkret şərt təqdim etdik və inanırıq ki, biz indi çox sərfəli mövqedəyik” deyən Kelloq bütün şərtlərin Ukrayna tərəfi üçün arzuolunan olmasa da, bunun “istənilən danışıqlarda təbii olduğunu” vurğulayıb.

Kelloqun sözlərinə görə, Ukrayna müəyyən ərazilərin de-fakto verilməsinə, yəni cəbhə xəttində faktiki vəziyyəti saxlamaqla, lakin bu əraziləri de-yure tanınmadan razılaşıb. 

“Ukraynalılar faktiki olaraq Rusiyanın nəzarəti altında olan ərazilərə iddia etməməyə hazır olduqlarını bildiriblər”. Bu barədə mənə keçən həftə danışdılar. “Onlar başa düşürlər ki, atəşkəs olacağı təqdirdə tərəflər indiki mövqelərində qalacaqlar”, – səfir bildirib.

Kelloq əlavə edib ki, Kiyev sülh sazişinin imzalanmasına səbəb olacaq hərtərəfli və davamlı atəşkəs əldə etməyə çalışır. ABŞ prezidentinin də oxşar məqsədi var.

“Artıq bir tərəfin razılığını almışıq”. İndi ikinci tərəfə də ehtiyac var. Və düşünürəm ki, biz buna yaxınıq. “İndi hər şey ruslardan, Putindən asılıdır”, – Kelloq deyib.

Seçilən
0
veteninfo.az

1Mənbələr