Bakı. Trend:
Dövlət olaraq kənd təsərrüfatında fəaliyyət göstərən bütünsubyektləri, yəni kiçik ailə təsərrüfatlarından tutmuş iriaqroparklaradək dəstəkləmək bizim strateji prioritetimizdir.
Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikasının kənd təsərrüfatınaziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən Aqrobiznesinİnkişafı Forumunda deyib.
O bildirib ki, bu dəstəyin mühüm komponentlərini subsidiyalar,güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlərtəşkil edir:
"Dövlət tərəfindən həyata keçirilən subsidiya siyasətiçərçivəsində, biz fermerlərə göstərilən dəstəyi davamlı və sistemlişəkildə icra edirik. 2023-cü ildə 387,340 fermerə 352 milyon manat,2024-cü ildə isə 380,704 fermerə 362,5 milyon manat məbləğindəsubsidiyalar ödənilib. Bu, yalnız rəqəm deyil, bu, kəndin həyatına,ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir.
Eyni zamanda, fermerlərimizin texnika və damazlıq heyvanlarlatəminatı sahəsində də dövlətimiz onların yanındadır. Ötən ilərzində 6,477 texnika üçün 83,9 milyon manat, bu il isə 9,107texnika üçün 80,8 milyon manat güzəşt ayrılıb. Həmçinin, 2024-cüildə 5,830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdimolunub. Bu maliyyə təşviqləri həm yerli istehsalınstimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlıtəsərrüfatların qurulmasına xidmət edir".