AZ

ABŞ Ukrayna-Rusiya danışıqlarında vasitəçi olmayacaq

ABŞ artıq Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, tərəflər arasında birbaşa danışıqların vaxtı çatıb.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus deyib.

“Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri tərəfinə bir göz qırpımında uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır”, - o bildirib.

Bryusun sözlərinə görə, ABŞ yenə də sülhün bərqərar olması üçün səy göstərəcək, lakin indi müharibənin nəticəsi Moskva və Kiyevdən konkret ideyalar tələb edir.

Seçilən
0
axar.az

1Mənbələr