ABŞ ordusu Vaşinqtonda minlərlə əsgər və yüzlərlə texnikanın iştirakı ilə möhtəşəm parad hazırlayır.
Herbiand.az xəbər verir ki, bu barədə “Associated Press”in məlumatına görə, parad iyunun 14-də Vaşinqtonda keçirilmılidir.
6600-dən çox hərbi qulluqçu, ən azı 150 texnika, 50 helikopter, 7 hərbi orkestr və çoxlu sayda mülki şəxsin cəlb edilməsi planlaşdırılır.
Tədbir ABŞ Ordusunun 250 illik yubileyinin qeyd edilməsinin bir hissəsidir, lakin bayramın yeni elementi paradın özü idi, onun ideyası çoxdan Donald Tramp tərəfindən irəli sürülür. Hələ ki, onun keçirilməsi ilə bağlı son qərar verilməyib.
Sənədlərdə tədbirin təxmini dəyəri göstərilmir, lakin analitiklərin fikrincə, xərclər on milyonlarla dollara çata bilər. Xüsusilə, söhbət logistikadan - texnikanın, təyyarələrin və personalın paytaxta daşınması, həmçinin tədbir iştirakçılarının yaşayış yeri və qidalanmasından gedir.
Prezident Trampın 2017-ci ildə parad keçirməklə bağlı ilk təşəbbüsü məhz həyata keçirilməsinin həddən artıq məsrəfinə görə ləğv edilmişdi - o zaman tədbir 92 milyon dollar dəyərində qiymətləndirilirdi.