Tailandın baş naziri Fetçonqtçay Çinavat ölkəyə gələn xarici turistlər üçün vizasız qalma rejiminə yenidən baxılması barədə göstəriş verib.
Hafta.az-ın yazdığına görə, krallıq mövcud 60 günlük vizasız qalma müddətini 30 günə endirməyi planlaşdırır. Bildirilib ki, bu qərara ölkəyə gələn əcnəbi qonaqlar tərəfindən qanun pozuntularına yol verildiyi üçün gəliblər.
Mövzu ilə bağlı bəyanatı Tailand hökumətinin İctimaiyyətlə Əlaqələr Departamenti (Meta şirkətinə məxsusdur) Facebook-da dərc edib. Bildirilib ki, Xarici İşlər və Daxili İşlər nazirlikləri bu tədbirlərin turizmin inkişafına təsirini qiymətləndirəcəklər.
Aprelin əvvəlində Tailand Turizm Təşkilatının sədri Tapani Kiatfaybun, rusiyalı turistlər üçün 60 günlük vizasız qalma müddətinin saxlanıla biləcəyini açıqlayıb. Kiatfaybun rus turistlərdən əldə olunan gəlirin Tailand iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ötən ilin iyul ayında ABŞ, Böyük Britaniya, Çin, Almaniya və Fransa da daxil olmaqla 93 ölkənin vətəndaşlarına 60 günlük vizasız qalmaq hüququ verilib.
Tailandın Turizm və İdman Nazirliyinin məlumatına görə, 2025-ci ilin əvvəlindən ölkəyə gələn rusiyalı turistlərin sayı 800 mini keçib. Rusiya Tailanda ən çox turist göndərən ölkələr arasında üçüncü yeri tutur.