BAKI, 2 may. TELEQRAF
Pakistanın ABŞ-dəki səfiri Rizvan Səid Şeyx Kəşmir məsələsini nüvə təhlükəsi baxımından dünyanın ən böyük gərginlik nöqtəsi kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, o, Pakistanın Hindistanla sülhsevər qonşuluq münasibətləri qurmaq istədiyini bildirib.
Diplomat iki ölkənin qlobal təhlükəsizlik üçün böyük əhəmiyyət daşıdığını əsas gətirərək, ABŞ Prezidenti Donald Trampı gərginliyin azaldılmasında vasitəçi rol oynamağa çağırıb.
“Dünya sülhünü hədəfləyən bir prezident varsa və bu prezident (Tramp) müharibələrə son qoymağı və münaqişələrin həllini öz üzərinə götürmək istəyirsə, Kəşmirdən daha aktual məsələ ola bilməz”, - Şeyx vurğulayıb.