AZ

Bakıda Köhnə Tikililərin Sökülməsi ilə Bağlı İki Komissiya Yaradıldı

Bakıda

Bakı şəhərində istismar müddətini başa vurmuş və şəhərin memarlıq görünüşünə mənfi təsir göstərən tikililərin sökülməsi məqsədilə iki komissiya yaradılıb.Əsasən Yasamal rayonunun Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini əhatə edən ərazidə yerləşən obyektlərin satın alınaraq köçürülməsi planlaşdırılır. Bu tədbirlər, şəhərin müasir memarlıq tələblərinə uyğunlaşdırılması və sakinlərin daha təhlükəsiz şəraitdə yaşamasını təmin etmək məqsədi daşıyır. Prosesə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya nəzarət edəcək.Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Bakıda 10 nömrəli avtobusun hərəkət sxemi dəyişdirilir

Neytrallıqdan sərt mövqeyə keçid: İsveçrə HƏMAS-ı rəsmi olaraq qadağan edir

Darçının Həddindən Artıq İstifadəsi Dərmanların Təsirini Azalda Bilər!

Seçilən
0
28
ulusum.az

10Mənbələr