AZ

Qəbul imtahanlarına qeydiyyat bitdi: ən çox abituriyent bu qrupdadır - STATİSTİKA

I, II, III və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər qeydiyyat başa çatıb.

Modern.az qeydiyyatdan keçənlərin statistikasını təqdim edir:

I ixtisas qrupu: 31137 nəfər;

II ixtisas qrupu: 25957 nəfər;

III ixtisas qrupu: 28270 nəfər;

IV ixtisas qrupu: 6522 nəfər.


Statistika göstərir ki, ötən illə müqayisədə bu il bütün qruplar üzrə abituriyentlərin sayı xeyli artıb. Statistikada yenə liderlərik I qrupa məxsusdur. Son illər həmişə öndə gedən III qrup artıq ikinci sıraya düşüb.


2024-cü ilin statistikası aşağıdakı kimi olub:

I ixtisas qrupu: 30150 nəfər;

II ixtisas qrupu: 23957 nəfər;

III ixtisas qrupu: 25146 nəfər;

IV ixtisas qrupu: 5929 nəfər.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.

Seçilən
0
5
modern.az

6Mənbələr