Gəncədə dərmandan zəhərlənmə faktı qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü H.Məmmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hələlik 23 yaşlı gəncin dərmandan hansı şəraitdə zəhərləndiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu