AZ

“Skype” gələn həftə bağlanır


"Skype" platforması mayın 5-dən etibarən fəaliyyətini dayandıracaq. Bu barədə məlumat "Microsoft" şirkətinin texniki dəstək səhifəsində yerləşdirilib. Bildirilib ki, mayın 5-dən sonra istifadəçi hesabları avtomatik olaraq "Microsoft Teams" xidmətinə köçürüləcək.

Qeyd edək ki, "Skype" 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə "Microsoft" həmin platformanı alıb. 2017-ci ildə isə şirkət "Skype"a bənzər "Teams" platformasını istifadəyə verib.

Mətləb Salahov

Seçilən
0
1
baki-xeber.com

1Mənbələr