Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qızları — Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Qəhrəman Polad Həşimovun ailəsini ziyarət ediblər.
Avtosfer.az xəbər verir ki, görüşdə Prezidentin köməkçisi Anar Ələkbərov da iştirak edib. Ziyarət zamanı Polad Həşimovun ailə üzvləri ilə səmimi söhbət aparılıb, onun əziz xatirəsi dərin hörmətlə yad edilib. Görüş vaxtı şəhid general-mayor Polad Həşimovun qəhrəmanlıq yolundan, ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən danışılıb.
Eltac Zülfüqaroğlu