AZ

Rusiyalı jurnalist bu ölkədə saxlanıldı: Moskva bəyanat verdi

Rusiyanın RT telekanalının jurnalisti Çey Bouza seçkiləri işıqlandırmalı olduğu Rumıniyanın paytaxtı Buxarestə çatan zaman saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” telekanalın nümayəndəsinə istinadən məlumat yayıb.

“Müxbirimiz Çey Bouza Buxarestə çatan kimi saxlanılıb. O, ora Rumıniyadakı seçkiləri işıqlandırmaq üçün gəlmişdi", - agentliyin mənbəsi bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bouzun saxlanmasına reaksiya verib.

Onun sözlərinə görə, RT-nin jurnalisti sərhədi qanuni keçib və qaydanı pozmayıb.

“O, qaydanı pozmayıb, sərhədi qanuni yolla keçib... Amma onu təyyarədən buraxmayıblar, əşyalarını götürməyə də qoymayıblar”, – diplomat deyib.

Seçilən
0
publika.az

1Mənbələr