ABŞ Prezidenti Donald Tramp istefa vermiş milli təhlükəsizlik üzrə müşaviri Mayk Valtsın namizədliyini ABŞ-ın BMT-dəki növbəti səfiri vəzifəsinə irəli sürüb. Ağ Ev sahibi bildirib ki, Mayk Valts Konqresdə çalışdığı vaxtda və milli təhlükəsizlik müşaviri kimi işlədiyi müddətdə ölkənin milli maraqlarını birinci yerə qoymaq üçün çox çalışıb. D.Tramp keçmiş müşavirinin BMT-dəki fəaəliyyətində uğur qazanacağına əmin olduğunu deyib.
Mətləb Salahov