AZ

Dünyanın ən yaşlı qadını 115 yaşına qədər necə yaşadığını açıqlayıb

İngilis qadın Ethel Caterham 115 yaşına qədər sevdiyi işlə məşğul olduğunu söyləyib.

Editor.az The Guardian-a istinadla xəbər verir ki, dünyanın ən uzunömürlü insanı adının yeni sahibini açıqlanıb.

Ethel Caterham 1909-cu ildə anadan olub. O, 114 yaşında olan Anna Uilyamsdan sonra 1987-ci ildən bəri ən uzunömürlü insan fəxri adını daşıyan ilk britaniyalı qadın olub. Səkkiz uşaqdan ikincisi idi. Caterham bir əsgərlə evləndikdən sonra İngilis qarnizonlarının yerləşdiyi bir çox ölkələrə səyahət edib. Bu gün qadının iki qızı, üç nəvəsi və beş nəticəsi var.

“Mən hər şeyi sakit qəbul edirəm, eniş-yoxuşlara qulaq asıram və istədiyimi edirəm”,- deyə qadın sirrini bölüşüb.

Caterham hazırda Surrey ştatının Lightwater şəhərindəki qocalar evində yaşayır.

Braziliyalı rahibənin 116 yaşında vəfat etməsindən sonra 115 yaşlı Ethel Caterham dünyanın ən yaşlı insanı olaraq təsdiqlənib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr