AZ

UEFA Avropa Liqası: 2 oyun, 7 qol

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

Ölkə.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki görüş baş tutub.

“Tottenhem” “Bodo Qlimt”i sınağa çəkib. Londonlular rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

“Atletik” isə öz meydanında “Mançester Yunayted”lə bacarmayıb. Ev sahibləri rəqibinə 3 cavabsız qolla uduzub - 0:3.

Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 8-də keçiriləcək.

Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
1 may
23:00. “Atletik” – “Mançester Yunayted” 0:3
23:00. “Tottenhem” – “Bodo Qlimt” 3:1

Seçilən
0
olke.az

1Mənbələr