Mayın 2-də Rusiya seysmoloqları Dağıstan Respublikasının Kızılyurt rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Yeraltı təkanlar Moskva vaxtı ilə saat 5:49-da İnçxa kəndi yaxınlığında Qızılyurt rayonunda qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə baş olub. Təkanların yer səthində hiss olunmadığı qeyd edilir.
Nazirliyikdən verilən məlumata görə, zəlzələ nəticəsində xəsarət alan və dağıntı olmayıb.