AZ

Azərbaycanda hava yenidən çöndü: Külək, leysan, sel...

Ötən gecədən başlayaraq Azərbaycanda hava şəraiti yenidən pisləşib.

“Yeni Sabah” xəbər verir ki, hazırda paytaxt Bakıda və digər ərazilərdə güclü külək müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün sonunda hava daha da pisləşəcək. Belə ki, mayın 2-si axşam qərb rayonlarından başlayaraq mayın 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.


Telegram kanalımız
Seçilən
0
2
yenisabah.az

3Mənbələr