AZ

Tusk: Dünya siyasətinə qəddarlıq, eqoizm və qeyri-müəyyənlik qayıdır...

Dünya siyasətində etibarsızlıq, qəddarlıq, eqoizm geri dönüb...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk televiziya ilə çıxışında bildirib.

“Çox çətin vaxtlardır. Müharibə artıq abstraksiya deyil”, deyə Polşanın baş naziri vurğulayıb.

Eyni zamanda, Tusk "heç bir şeyin pulsuz olmadığı bir dünyada dəyərlərə bağlılığın zəifləməsindən narahat olduğunu etiraf edib.

Tusk yerli müəssisələrin Polşa bazarında fəaliyyət göstərməsi üçün daha yaxşı şərait yaratmağı planlaşdırdığını vurğulayıb. O qeyd edib ki, iqtisadi millətçilikdə səhv bir şey yoxdur.

“Biz Polşa şirkətlərinə üstünlük verməkdən çəkinməyəcəyik” deyə Polşanın baş naziri qeyd edib.

Qeyd edək ki, aprelin 15-də Varşavada Yeni Texnologiyalar Forumunda çıxışı zamanı Tusk “sadəlövh qloballaşma” dövrünün başa çatdığını elan etdi. O, qloballaşma dövrünün “iqtisadi millətçilik”lə əvəz olunduğunu qeyd edib və dünya bazarlarında rəqabət aparan Varşavanın bundan sonra “sadəlövh tərəfdaş” olmayacağını vurğulayıb.

Poliqon.info

Seçilən
0
7
poliqon.info

8Mənbələr