Boliviyanın şimalında göyərtəsində biri uşaq olmaqla beş nəfərin olduğu Cessna 172CP təyyarəsi yoxa çıxıb...
Poliqon xəbər verir ki bu barədə Boliviya prezidenti Luis Arse Telegram kanalında bildirib. Artıq hakimiyyət orqanlarının axtarışlara hərbçiləri cəlb etdiyi bildirilir.
“Təyyarə Beni departamentinin Baures şəhəri ilə Trinidad şəhəri arasında uçarkən yoxa çıxıb”, deyə ölkə prezidenti yazıb.
Boliviyanın mülki aviasiya idarəsi bildirib ki, itkin düşən təyyarənin pilotu aprelin 30-da təcili yardım çağırışı göndərib və sonra əlaqəni kəsib. Həmin vaxt təyyarə Beninin paytaxtı Trinidaddan 109 km şimal-şərqdə olub.
Poliqon.info