ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Donald Trampın prezidentliyinin ilk 100 gününü tənqid edib.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb.
Prezidentliyə sabiq namizdə hazırkı ABŞ prezidentini "müasir Amerika tarixində ən böyük süni iqtisadi böhrana səbəb olmaqda" ittiham edib.
Bundan əlavə, xanım Harrisin sözlərinə görə, yeni prezidentin məhkəmələrlə münaqişələri ölkəni konstitusiya böhranına aparır.

Harris əsas tərəfdaşlara qarşı tariflərin ağılsız olduğunu və bunun resessiyaya səbəb gətirib çıxaracağını söyləyib. O, hesab edir ki, belə bir siyasət zəruri malların qiymətini artıracaq, insanların pensiya hesablarını boşaldacaq və Amerika bizneslərini iflic vəziyyətinə salaraq onları işçiləri ixtisar etməyə məcbur edəcək.
Trampın keçmiş rəqibi demokratlara deyib ki, Amerika prezidenti daha böyük mühafizəkar layihənin bir hissəsidir:
"Hər şeyin xaos olduğunu düşünərək aldanmayın. Bilirəm ki, bu, ilk baxışdan belə görünə bilər. Amma başa düşün ki, biz əslində onun onilliklər ərzində gündəmdə olan layihənin tez bir zamanda həyata keçirmək üçün istifadə olunduğu yüksək sürətli bir hadisənin şahidi oluruq..."
Jurnalistlər qeyd edirlər ki, Harris və Demokrat Partiyası indi özlərinin bundan sonrakı siyasi yollarını düşünürlər. Seçki məğlubiyyətindən sonra o, növbəti prezidentliyə namizədliyini irəli sürməyi və ya 2026-cı ilə planlaşdırılan qubernatorluq yarışında iştirak etmək üçün doğma ştata qayıtmağı düşünür.
Trampın vəzifədə olduğu ilk 100 gün haqda dedikləri...
Aprelin 30-da Amerika prezidenti ikinci prezidentlik müddətinin ilk 100 gününə həsr olunmuş nitqlə çıxış edib. O, komandasının "100 ildə Vaşinqtonda ən dərin dəyişiklikləri" həyata keçirməyə müvəffəq olduğunu bildirib və hamı bu başlanğıcı "tarixdə istənilən prezident üçün ən yaxşısı" adlandırır.
Siyasətçi sərt immiqrasiya siyasəti, hökumət xərclərinin azaldılması və digər ölkələrə tətbiq edilən tariflərlə öyünüb. Onun sözlərinə görə, tariflər tezliklə ABŞ-a böyük gəlir gətirəcək.
Tramp reytinqlərinin aşağı düşdüyünü göstərən sorğuları da rədd edərək, guya real dəstəyin daha çox olduğunu qeyd edib.
S.Laçın