AZ

ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmaqdan imtina edib

ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce ABŞ-ın bundan sonra Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacağını bildirib...

Poliqon xəbər verir ki, vasitəçilikdən imtina edilməsinə baxmayaraq, xanım Bryus ABŞ-nin hələ də sülhün əldə edilməsinə kömək etmək üçün əlindən gələni edəcəyini bildirib. Dövlət Departamentinin sözçüsü əlavə edib ki, artıq birbaşa danışıqların vaxtı çatıb.

“Bu problemə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Mülayim görüşlər üçün dünyanın o biri tərəfinə uçmaq fikrində deyilik”, - deyə Bryus bildiriib.

Qeyd edək ki, aprelin 29-da ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Rusiya və Ukrayna münaqişənin həlli üçün yaxın gələcəkdə təkliflər təqdim etməlidirlər, əks halda ABŞ vasitəçi rolundan əl çəkəcək. Rubionun sözlərinə görə, Birləşmiş Ştatlar tam, davamlı atəşkəs və münaqişəyə son qoymağa” çalışır.

Poliqon.info

Seçilən
0
50
poliqon.info

10Mənbələr