AZ

“TotalEnergies”in gəlirləri azalıb

Bakı. Trend:

Fransa, Norveçin iri neft şirkətləri “TotalEnergies” və“Equinor” cari ilin birinci rübü üzrə gəlirlərini açıqlayıb.

Trend xəbər verir ki, bu ilinbirinci rübündə Fransanın “TotalEnergies” şirkətinin xalisgəlirləri 18 faiz azalaraq 4,2 milyard dollara düşüb.

Göstəricilərin proqnozdan aşağı olmasına maye qaz xaric biznesinbütün seqmentlərində gəlirlərin azalması səbəb olub.

Qeyd edək ki, şirkətin gəlirləri üzrə ilin ilk rübü üzrəproqnozlaşdırılan məbləğ 4,3 milyard dollar idi.

Buna baxmayaraq, qeyd olunan dövrdə Norveçin neft-qazistehsalçısı “Equinor” şirkətinin gəlirləri 14,9 faiz artaraq 8,65milyard dollara yüksəlib.

Hesabat dövrü üzrə proqnozlaşdırılan məbləğ 8,51 milyard dollaridi.

Ötən ilin birinci rübündə şirkətin gəlirləri 7,53 milyard dollarolub.

Seçilən
0
az.trend.az

1Mənbələr