Samsung süni intellekt imkanlarını daha geniş istifadəçi bazasına çatdırmaq istiqamətində mühüm addım atır.
News24.az xəbər verir ki, hal-hazırda Galaxy S seriyalı telefonlarda mövcud olan yan düyməni (güc düyməsi) uzun basaraq Google-un Gemini AI köməkçisini aktivləşdirən xüsusiyyət tezliklə Galaxy A seriyalı telefonlara da gələcək.
Bu yeni inteqrasiya sayəsində Galaxy A seriyasının istifadəçiləri yan düyməni basıb saxlamaqla Google-un süni intellektlə işləyən köməkçisi Gemini-ni daha sürətli və təbii şəkildə işə sala biləcəklər.
Yan düymə vasitəsilə Gemini AI-ni aktivləşdirmək üçün yeniləməni almaq üçün şirkət tərəfindən təsdiqlənmiş Galaxy A seriyası telefonlarının tam siyahısı:
Galaxy A56 5G, Galaxy A55 5G, Galaxy A54 5G, Galaxy A36 5G, Galaxy A35 5G, Galaxy A34 5G, Galaxy A26 5G, Galaxy A25 5G, Galaxy A25e 5G və Galaxy A24.
Xüsusiyyətin may ayında təqdim edilməsi planlaşdırılan One UI 7 (Android 15) yeniləməsini aldıqdan sonra yuxarıda sadalanan əksər telefonlar üçün əlçatan olacağı bildirilir.
Səma