BAKI, 2 may. TELEQRAF
Mərhum yazıçı, şair, tərcüməçi, esseist Gunel Eminlinin "Kimya gündəliyi" əsəri işıq üzü görüb.
Teleqraf xəbər verir ki, kitabda xərçəng xəstəliyindən əziyyət çəkən müəllifin müalicə zamanı keçirdiyi hisslər və dostlarının yazdığı onunla bağlı xatirələri toplanıb.
Günel Eminli son aylarında - kimya terapiyası aldığı dönəmi qələmə alıb.
Əsər ilk dəfədir ki, geniş oxuculara təqdim olunacaq.
Kitabın satışdan əldə olunan vəsait bu xəstəlikdən əziyyət çəkən körpənin müalicəsi üçün ianə olunacaq.
Kitabın illüstrasiyaları məhrum yazıçının övladları - qızı Nilaya və oğlu İsmayıla məxsusdur.
Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən G.Eminli doğum günündə - 9 iyun 2023-cü ildə müalicə üçün getdiyi İstanbul şəhərində dünyasını dəyişib.