AZ

Boliviyada 5 nəfərin olduğu təyyarə yoxa çıxıb

Boliviyanın şimalında beş nəfərin, o cümlədən bir uşağın olduğu kiçik təyyarənin itməsindən sonra ölkə prezidenti Luis Arse hərbi qüvvələrin axtarış-xilasetmə əməliyyatına cəlb edilməsi barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.

Təyyarə Beni rayonunun Baures yaşayış məntəqəsindən Trinidat şəhərinə uçuş həyata keçirərkən radarlardan itib.

Seçilən
0
1
apa.az

7Mənbələr