AZ

İran XİN rəhbəri: Tehran ABŞ ilə fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışır

İranın xarici işlər naziri bildirib ki, danışıqların dördüncü raundunun logistik və texniki səbəblərə görə təxirə salınması qərarının omanlı və amerikalı tərəfdaşlarla birgə qəbul edilib.

İran nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışmaqda davam edir.

Operativ Media xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi ABŞ və İran arasında danışıqların növbəti raundunun təxirə salınması qərarını şərh edərkən deyib.

"Omanlı və amerikalı tərəfdaşlarımızla birlikdə logistik və texniki səbəblərə görə danışıqların dördüncü raundunu təxirə salmaq qərarına gəldik. Danışıqlar yolu ilə həllə nail olmaq əzmimizdə İran tərəfində heç bir dəyişiklik olmayıb", - nazir X-də yazıb.

Əraqçi əlavə edib ki, "İslam Respublikası sanksiyaların sona çatmasını təmin edəcək və İranın nüvə proqramının əbədi olaraq dinc xarakter daşıyacağına əminlik yaradacaq. İranın hüquqlarına tam hörmətlə yanaşaraq ədalətli və balanslaşdırılmış razılaşma əldə etməkdə həmişəkindən daha qətiyyətlidir”.

Seçilən
0
operativmedia.az

1Mənbələr