AZ

Rəsmi Pekin: ABŞ danışıqlarda səmimidirsə, tarifləri ləğv etməlidir

BAKI, 2 may. TELEQRAF

Rəsmi Vaşinqton Çinlə danışıqlar aparmaq istəyində səmimidirsə, tarifləri ləğv etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında deyilir: “Tarif və ticarət müharibəsi ABŞ tərəfindən birtərəfli qaydada başladılıb. Əgər Birləşmiş Ştatlar danışıqlar aparmaq istəyirsə, öz səmimiyyətini nümayiş etdirməli və birtərəfli tarifləri ləğv etmək üçün addımlar atmağa hazır olmalıdır”.

Qeyd edək ki, ABŞ-ın Çindən gələn mallara rüsumları 145 faziə çatır. Tramp administrasiyasının hərəkətlərinə cavab olaraq, Çin aprelin 12-dən etibarən Amerika mallarına tətbiq edilən tarifləri 125 faizə qaldırıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr