Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı açıqlama verib. Qurumun sosial media hesabında, “1,4 milyondan çox suriyalı Əsəd rejiminin devrilməsindən bəri illərlə məcburi köçkün həyatı yaşayandan sonra öz evlərinə qayıdıb” - deyə bildirilib. Açıqlamada, onların Suriyada öz həyatlarını yenidən qurmağın asan olmadığı vurğulanıb. Suriyalıların sığınacaq, sağlamlıq, təhsil və dolanışıq da daxil olmaqla bir çox sahədə dəstəyə ehtiyacı olduğu vurğulanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta