BAKI, 2 may. TELEQRAF
Mayın 1-də Moskvada yağıntı rekordu qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, Rusiya paytaxtında 116 ildən sonra yağıntı rekordu qırılıb.
Mayın 1-də cəmi 12 saat ərzində Moskvaya aylıq yağıntı normasının 40-45 faizi düşüb.