AZ

İstanbulda zəlzələ 4 mindən çox binaya ziyan vurub

BAKI, 2 may. TELEQRAF

İstanbul zəlzələsindən sonra 4295 bina zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum bildirib.

Nazir deyib: “Biz 36 425 binanı yoxladıq, onlardan 4295-i cüzi ziyan görüb”.

Yada salaq ki, İstanbulda zəlzələlər aprelin 23-də baş verib. Ən güclüsü 6,2 bal olub. Yeraltı təkanlar hətta episentrdən 300 kilometr aralıda, Ankarada da hiss olunub.

Seçilən
0
teleqraf.com

1Mənbələr